“Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Nazir müavini bildirib ki, bu fondun məqsədi TDT iştirakçı dövlətlərin inkişafına töhfə verməkdir: “Fond daha çox yaşıl enerji ilə bağlı layihələri dəstəkləyəcək. Digər tərəfdən, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı Saziş təsdiq edilib və Fondun yaradılması üçün artıq sənədləşmə işlərinə başlanılıb”.