Türkiyə Statistika Təşkilatı (TÜİK) bu ilin II rübü üzrə ÜDM istehsalının nəticələrini açıqlayıb.
"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ÜDM istehsalı ilin II rübündə əvvəlki ilin eyni dövrünə nisbətən 21,7% artıb.
İstehsal metoduna görə, hesabat rübündə cari qiymətlərlə ÜDM-in təxminləri keçən ilin eyni rübünə nisbətən 52,4% artaraq 1,581 trln. lirəyə çatıb. II rübdə ÜDM-in həcmi cari qiymətlərlə 188,566 mlrd. ABŞ dolları təşkil edib.