Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
# 25 aprel 2024 15:18 (UTC +04:00)

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 50% səviyyəsində sabit saxlayıb.

"APA-Economics" bu barədə TCMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın əsas tendensiyasını azaldacaq və inflyasiyanı orta müddətli dövrdə 5 faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə veriləcək.

Xatırladaq ki, TCBM bundan əvvəl uçot faiz dərəcəsini 5 faiz bəndi artıraraq 45%-dən 50%-ə çatdırıb. Ötən ildən indiyə kimi uçot faiz dərəcəsi 8 dəfə artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR