Bank Of Baku

Türkiyədə inflyasiya növbəti dəfə azalıb

Türkiyədə inflyasiya növbəti dəfə azalıb
# 03 aprel 2023 12:37 (UTC +04:00)

Türkiyədə illik inflyasiya beş aydır azalmaqda davam edir.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, mart ayında inflyasiya 50,51%-ə kimi azalıb. Ötən ay bu rəqəm 55,18% təşkil etmişdi.

İstehlak qiymətləri indeksi aylıq 2,29%, istehsal qiymətləri isə 62,45% artıb. Qeyd edilib ki, istehsal qiymətlərində artım son 16 ayda ən aşağı səviyyəyə düşüb.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı, ötən ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR