2021-ci ilin noyabr ayının sonuna Türkiyənin qısamüddətli xarici borcunun həcmi 124,1 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin sonu ilə müqayisədə 8,6% çoxdur. Təkcə bankların qısamüddətli xarici borcunun həcmi isə 6,7% azalaraq 53,5 mlrd. dollara enib.
Qeyd edək ki, noyabrın sonuna Türkiyənin qısamüddətli xarici borcunun 45,7%-i ABŞ dollarında, 25,4%-i avroda, 9,6%-i lirədə, 19,3%-i isə digər valyutalarda idi.
Xatırladaq ki, ötən il ərzində Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsinin azaltması fonunda lirə kəskin şəkildə dəyərdən düşdü. TMB dekabrın 16-da uçot dərəcəsini 15%-dən 14%-ə endirməsi fonunda, ölkədə illik inflyasiya dekabrda 36%-i keçdi. Təkcə dekabr ayında lirənin volatilliyini azaltmaq üçün TMB 7,278 mlrd. dollar satıb.
Hazırda 1 dollar 13,5298 lirəyə ticarət olunur.