Bank Of Baku

Üç ayda "Bank BTB"dən 10 milyon manatdan çox depozit geri çəkilib - HESABAT

Üç ayda "Bank BTB"dən 10 milyon manatdan çox depozit geri çəkilib - HESABAT
# 26 aprel 2023 10:38 (UTC +04:00)

"Bank BTB" ASC 2023-cü ilin I rübündə 888 min manat xalis mənfəət əldə edib. Bank 2022-ci ilin ilk rübündə isə 3,3 milyon manat xalis zərər açıqlamışdı.

"APA-Economics" bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 10,8% artaraq 7,3 mln. manat təşkil edib. Bankın faiz xərcləri 15,6% artaraq 4,6 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 2,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,3% çoxdur. Bankın qeyri-faiz gəliri 2,7% artaraq 1,1 mln. manat, qeyri-faiz xərcləri isə 10,5% azalaraq 3,6 mln. manat təşkil edib. Bu dövrdə Bankın əməliyyat mənfəəti 123 min manata bərabər olub. Ötən ilin eyni dövründə isə "Bank BTB" 408 min manat əməliyyat zərəri açıqlamışdı.

2023-cü ilin I rübündən bank mümkün zərərlər üzrə ehtiyatları 765 min manat artırıb və nəticədə bank rübü 888 min manat xalis mənfəətlə başa vurub.

1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 0,6% artaraq 376,4 milyon manata yüksəlib, o cümlədən kredit portfeli 5,7% və ya 15,7 milyon manat kiçilərək 250,6 milyon manata enib. "Bank BTB"-nin öhdəlikləri isə 0,4% artaraq 325,5 milyon manata bərabər olub, o cümlədən depozit portfeli 6,5% və ya 10,3 milyon manat azalaraq 148,9 milyon manata enib. Bura bankın həm müddətli, həm də tələbli depozitləri aiddir.

Bu ilin birinci rübündə bank cəmi kapitalını 1,6% milyon manat artıraraq 50,9 milyon manata çatdırıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR