“Unicapital investisiya şirkəti”nin xalis mənfəəti 2 dəfədən çox azalıb

“Unicapital investisiya şirkəti”nin xalis mənfəəti 2 dəfədən çox azalıb
# 01 iyun 2023 15:29 (UTC +04:00)

“Unicapital investisiya şirkəti” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” investisiya şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Unicapital investisiya şirkəti”nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2.2 dəfə azalaraq 406.8 min manata bərabər olub. 2021-ci ildə şirkətin xalis mənfəəti 897 min manata bərabər idi.

Hesabat dövründə şirkətin xalis faiz gəlirləri 45% azalaraq 158.5 min manat, qeyri faiz gəlirləri isə 7.4% artaraq 2 milyon 483.9 min manat təşkil edib. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 509.8 min manat olub ki, bu rəqəm 2021-ci illə müqayisədə 2.2 dəfə azdır.

2022-ci ildə şirkətin cəmi aktivləri 78.6% və ya 8 milyon 93.1 min manat artaraq 18 milyon 388.9 min manat, cəmi öhdəlikləri isə 2 dəfə və ya 8 milyon 486,2 min manat artaraq 16 milyon 902.1 min manat təşkil edib.

2023-cü ilin yanvar ayının 1-nə “Unicapital investisiya şirkəti”nin cəmi kapitalı 1 milyon 486.7 min manata bərabər olub ki, bu da illik müqayisədə 21% azdır.

Qeyd edək ki, 2023-cü il yanvar ayının 1-nə 37 nəfər əməkdaşı olan “Unicapital investisiya şirkəti”nin qanuni təmsilcisi Eldar Qəribovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR