Bank Of Baku

Valyuta hərracında bankların dollar tələbi 40 milyonu ötüb

Valyuta hərracında bankların dollar tələbi 40 milyonu ötüb
# 31 oktyabr 2023 12:44 (UTC +04:00)

31 oktyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 41 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 18.8% azdır. Belə ki, 26 oktyabrda keçirilən valyuta hərracında banklar 50.5 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR