Bank Of Baku

Valyuta hərracında bankların dollar tələbi 78 milyonu ötüb

Valyuta hərracında bankların dollar tələbi 78 milyonu ötüb
# 01 fevral 2024 13:15 (UTC +04:00)

01 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 78.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 22.6% çoxdur. Belə ki, 30 yanvarda keçirilən valyuta hərracında banklar 64.2 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR