Bank Of Baku

Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq

Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq
# 07 iyul 2026 12:36 (UTC +04:00)

Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, vençur kapitalı fondlarının, akkreditə olunmuş investorların xarici dövlətlərdəki innovativ layihələrdən (o cümlədən startaplardan) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində əldə olunan vəsaitlərin repatriasiyası və yenidən Azərbaycan Respublikasından göndərilməsi zamanı, vəsaitlərin əvvəllər Azərbaycan Respublikasından göndərilməsini (Azərbaycan Respublikasına gətirilməsini) təsdiq edən gömrük bəyannaməsi və ya bank çıxarışı yalnız o halda tələb olunmayacaq ki, ilkin investisiyanın qeyri-maddi aktiv və ya xidmət kimi qoyulduğu, yaxud əldə edilən gəlir xarici dövlətin səlahiyyətli vergi orqanının arayışı ilə təsdiq edilmiş olsun. Rezidentlər tərəfindən Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələrə vençur kapitalı fondları tərəfindən məbləğ məhdudiyyəti tətbiq edilmədən, akkreditə olunmuş investorlar tərəfindən təqvim ili ərzində 2 (iki) milyon ABŞ dolları ekvivalentindən çox olmamaqla yol verilir.

Qeyd edilən köçürmələr üzrə investor köçürmə tarixindən etibarən 5 il ərzində müqavilədə göstərilən müddətdə iştirak payının (səhminin) əldə edilməsini təsdiq edən xarici reyestr çıxarışını müvəkkil banka təqdim etməyə və ya və investisiya cəlb edən şəxs müflis elan edildikdə və ya ləğv olunduqda xarici dövlətin səlahiyyətli qurumu tərəfindən bu halın təsdiqini göstərən sənədi təqdim etməyə borcludur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR