Bu il iyul ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 887.129 təşkil edib.
"APA-Economics" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Hesabat dövrünə, aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz artaraq 61.368, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4 faiz artaraq 242.208 olub.