Bank Of Baku

Vergi və gömrük güzəştlərinin iqtisadiyyatda əlavə dəyərə təsirinin “Büdcə zərfi”ndə əksini tapması təklif edilib

Vergi və gömrük güzəştlərinin iqtisadiyyatda əlavə dəyərə təsirinin “Büdcə zərfi”ndə əksini tapması təklif edilib
# 13 noyabr 2023 15:00 (UTC +04:00)

Ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilməsi ilə Qafqaz regionunda yeni iqtisadi və siyasi konfiqurasiya yaranıb.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş məlumatlara əsasən, növbəti ildə ölkə iqtisadiyyatında makroiqtisadi çərçivənin əlverişli olacağı, iqtisadi artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnənin olacağı nəzərdə tutulub. Eyni zamanda, baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji məqsədlər üzrə hədəfləri nəzərə alınıb. aparılan qiymətləndirmələr baza ssenaridə əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə makroiqtisadi çərçivənin reallaşacağını deməyə imkan verir: “Yeni reallıqlar müstəvisində iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi sisteminin əhəmiyyəti nəzərə alınaraq son illərdə hər növbəti il üçün vergi qanunvericiliyinə geniş həcmli əlavə və dəyişikliklər qəbul edilib. Növbəti ilin proqnoz göstəriciləri nəzərə alınmaqla ardıcıl 4 il ərzində vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğləri illər üzrə artaraq 30,6 mlrd. manatadək yüksəlməsi şəraitində həmin vəsaitlərin vətəndaşların və vergi ödəyicilərinin sərəncamında qalması qeyri neft-qaz sektorunda ÜDM həcmlərinin artım templərinin müsbət dinamika ilə inkişaf etməsinə töhfə verir. Bu baxımdan güzəşt və azadolmaların səmərəliliyinin, o cümlədən iqtisadiyyatda yaradılan əlavə dəyərə təsirinin qiymətləndirilməsinə dair məlumatların “Büdcə zərfi”ndə öz əksini tapmasını məqsədəuyğun hesab edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR