Visa şirkətinə baş vitse-prezident və Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə yeni təyinat olub.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Məlumata görə, bu vəzifəyə Tariq Abdulla təyin edilib. Qeyd edək ki, CEMEA regionuna Azərbaycan da daxildir. Bildirilib ki, Tariq Abdulla artıq mayın 2-dən etibarən bu vəzifəni icra edir.
Qeyd edək ki, Tariq Abdulla Böyük Britaniyanın Şeffild biznes məktəbindən biznes inzabatçılığı magistri dərəcəsini, Beynəlxalq reklam assosiasiyasının əlavə təhsil diplomunu almazdan öncə Qahirədə Amerika universitetinin fərqləndirmə ilə bakalavr dərəcəsi ilə bitirib. Bundan əvvəl Yaxın Şərq – Afrika – Cənubi Asiya regionunda TikTok-un baş meneceri vəzifəsində çalışıb, 10 il ərzində Google şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarda marketinq komandalarına rəhbərlik edib.