Visa: Ötən il 27 mlrd. dollar həcmində kiberdələduzluğun qarşısını almışıq

Visa: Ötən il 27 mlrd. dollar həcmində kiberdələduzluğun qarşısını almışıq
# 29 noyabr 2023 13:21 (UTC +04:00)

Təkcə 2022-ci ildə Visa-nın real vaxt rejimində fırıldaqçılıq əleyhinə həlləri və texnologiyaları şirkətin ödəniş ekosistemində təxminən 27 milyard dollar fırıldaqçılığın qarşısını almağa kömək edib.

"APA-Economics" xəbər verir ki, bunu Visa-nın risklərin idarə edilməsi şöbəsinin müdiri Larisa Makarova deyib.

Həmçinin, Visa-nın Risk Əməliyyatları Mərkəzi (ROC) Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika (CEMEA) regionunda emitent və ekvayer banklar üçün 86 milyon dollarlıq saxta əməliyyatların qarşısını alıb.

“Biz dələduzlardan bir addım öndə davranırıq. Şəxsi məlumatlar tokenizasiya üzrə qorunur. Kart məlumatını əvəz edən unikal 16 rəqəmli bir token istifadə edilir. Hər əməliyyat üzrə bu tokenlər dəyişir” - Larisa Makarova əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR