Bank Of Baku

“Xalq Bank”ın investisiya şirkətinin əməliyyat mənfəəti kəskin azalıb

“Xalq Bank”ın investisiya şirkətinin əməliyyat mənfəəti kəskin azalıb
# 18 may 2023 13:11 (UTC +04:00)

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Xalq Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 57% azalaraq 49 min 247 manat təşkil edib.

Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 16.3% azalaraq 96.1 min manat, əməliyyat xərcləri isə 3.4 dəfə artaraq 91.7 min manat təşkil edib. Beləliklə şirkət 4,3 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki illə müqayisədə 20 dəfə azdır. 2021-ci ildə investisiya şirkəti 87.9 min manat əməliyyat mənfəəti qazanmışdı.

Ötən il şirkətin cəmi aktivləri 2.2% və ya 19,9 min manat artaraq 940 min manat, cəmi öhdəlikləri isə 2.1 dəfə azalaraq 26.2 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “Xalq Kapital İnvestisiya Şirkəti”nin cəmi kapitalı 913.8 min manat olub ki, bu da illik müqayisədə 5.7% çoxdur.

Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” 17 avqust 2007-ci ildə təsis edilib və şirkətin səhmlərinin 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR