“Xalq Bank” 2023-cü ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, 2023-cü ilin ilk rübünün sonuna Bankın xalis mənfəəti 11.2 mln manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün sonuna olan göstəricidən 59.8% daha çoxdur.
Bankının aktivləri ötən ilin eyni dövrünün sonu ilə müqayisədə 13.1% artaraq 2 700.68 mln manat, kredit portfelinin həcmi 25.9% artaraq 1 811.3 mln manat təşkil edib.
Hesabat dövründə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 1 901.5 mln manata bərabər olub ki, bu da 2022-ci ilin I rüb göstəriciləri ilə müqayisədə 21.4% çoxdur.
Hesabat dövrünə Bankın cəmi kapitalı isə 0,8% artaraq 479.4 mln manata yüksəlib.