Bank Of Baku

Xarici səfirliklərə və konsulluqlara viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib

Xarici səfirliklərə və konsulluqlara viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib
# 26 avqust 2019 18:38 (UTC +04:00)

Xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib.

APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Belə ki, "Dövlət rüsumu haqqında" qanunun 16.1.4-cü bəndi ləğv edilib.

Qeyd edək ki, sənədin 16.1.4-cü bəndinə əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə 4 manat dövlət rüsumu tutulurdu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR