Bank Of Baku

Xarici valyutada olan əmanət və depozitlərin həcmi 14.1% azalıb

Xarici valyutada olan əmanət və depozitlərin həcmi 14.1% azalıb
# 16 may 2023 16:53 (UTC +04:00)

2023-cü ilin I rübündə xarici valyutada əmanət və depozitlərin həcmi 14.1%, cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə 3.3% bəndi azalaraq 41.6% təşkil edib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.

Qeyd edək ki, hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı dövrün sonuna 50% təşkil etmişdir ki, bu da ilin əvvəli ilə müqayisədə 2.7% bəndi aşağıdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma ilin əvvəlindən 1% bəndi azalaraq 38.2% təşkil edib. Dövr ərzində qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması isə 1.1% bəndi azalaraq dövrün sonuna 34.5%-ə enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR