Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ildə Mərkəzi Bank (AMB) tərəfindən banklara verilmiş kreditlər 2014-cü illə müqayisədə 2,8 mlrd. və ya 80% artıb.
“APA-Economics” Mərkəzi Bankın illik hesabatına istinadən xəbər verir ki, ötən il AMB-nin banklara dəstəyi ümumilikdə 6,3 mlrd. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə bu göstərici 3,5 mlrd. manata yaxın olub.
Hesabat ilində banklara verilən kreditlərin 3,9 mlrd. manatını hökumət zəmanəti ilə verilmiş kreditlər təşkil edib. Yenidən maliyyələşmə kreditləri 1,7 mlrd. manat, subordinasiya kreditləri 600 mln. manat, sonuncu instansiya kreditləri isə 75 mln. manat olub.