Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “AXA MBASK” sığorta şirkəti Nobel prospekti, 15 ünvanında yerləşən yeni ofisə köçüb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, indi şirkətin baş ofisi və “AXA MBASK”ın Bakı ofisi də “Azure” biznes mərkəzinin 1- ci və 2-ci mərtəbələrində yerləşir.
Sahəsi 1 500 kv. metrdən çox olan yeni ikimərtəbəli ofis təkcə şirkətin bütün struktur şöbələrini optimal şəkildə yerləşdirməyə deyil, həm də sığorta iddialarının tənzimlənməsi və polislərin satışı da daxil olmaqla, müştərilərə rahat xidmət şəraiti təklif etməyə imkan verib.