“Azərbaycan İpoteka Fondu” ASC-nin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender başa çatıb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, tenderin qalibi olaraq “PAŞA Sığorta” ASC seçilib.
“Azərbaycan İpoteka Fondu” ASC ilə “PAŞA Sığorta” ASC arasında dekabrın 26-da satınalma müqaviləsi bağlanıb.