Bank Of Baku

“PAŞA Sığorta” öhdəliklərini 45% artırıb

“PAŞA Sığorta” öhdəliklərini 45% artırıb
# 01 aprel 2016 07:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “PAŞA Sığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

 

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 23 mln. 494,227 min manat və ya 26,2% artaraq 113 mln. 170,148 min manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 17 mln. 769,8992 min manat, cəmi qısamüddətli aktivləri isə 95 mln. 400,249 min manat təşkil edib.

 

2014-cü il ilə müqayisədə ötən il “PAŞA Sığorta”nın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 70 mln. 10,724 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 10 mln. 129,424 min manat və ya 16,92% çoxdur.

 

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 13 mln. 364,803 min manat və ya 44,86% artaraq  43 mln. 159,424 min manat təşkil edib. Hazırda “PAŞA Sığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 40 mln. 760,491 min manat, cəmi qısamüddətli öhdəlikləri 2 mln. 398,932 min manat təşkil edir.

 

Hesabat dövründə şirkətin gəlirləri 73 mln. 706,714 min manat, xərcləri 51 mln. 984,524 min manat olub. Sığortaçı 2015-ci ili 17 mln. 429,424 min manat xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR