Bakı. Yeganə Laçınzadə – APA-Economics. Avqustun 16-da “Rabitəbank”ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, bu barədə qərar bankın Müşahidə Şurasının 28 iyun tarixində verilib.
Yığıncağın gündəliyinə bankın səhmlərinin emissiyasının həyata keçirilməsi, o cümlədən cari məsələlər daxildir.