“AtaBank”ın aktivlərinin həcmi 2018-ci ilin yanvarın 1-nə 1 mlrd. 813,648 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,7% çoxdur.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,9% artaraq 1 mlrd. 312,223 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 6,5% artaraq 1 mlrd. 170,909 mln. manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 8,6% artaraq 1 mlrd. 553,808 mln. manat olub.
Bir il ərzində bankın məcmu kapitalı 9,48% artaraq 258 mln. 271 min manat, nizamnamə kapitalı isə 7,6% artaraq 225 mln. 078,6 min manat təşkil edib.
Bank ötən ili 17,607 mln. manat xalis mənfəətlə başa vurub.