Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankı RBC agentliyi tərəfindən Rusiya banklarının 2013-cü ilin ilk yarım ilində xalis aktivləri üzrə renkinqində 136-cı yeri tutub.
«APA-Economics»in məlumatına görə, «ABB-Moskva»nın 2013-cü il iyulun 1-nə xalis aktivləri 28 606 mln. rubl (686,5 mln. manat) təşkil edib ki, bu da illik müqayisədə 20,7% çoxdur.
Qeyd edək ki, 2012-ci ilin yekunlarına görə, «ABB-Moskva» analoji renkinqdə 134-cü, 2011-ci ilin yekunlarına görə, 135-ci, 2010-cu ilin yekanlarına görə isə 139-cu yerdə olub.
Renkinqə 14 645 mlrd. rubl (351,5 mlrd. manat) göstəricisi ilə «Sberbank» başçılıq edir. İkinci yerdə isə VTB qərarlaşıb, bu bankın xalis aktivləri 4 768 mlrd. rubl (114,4 mlrd. manat) təşkil edib.
Eyni zamanda, kredit portfeli üzrə «ABB-Moskva» 14 527 mln. rubl (348,7 mln. manat) göstəricisi ilə 134-cü yerdə, depozit portfeli üzrə 10 657 mln. rubl (255,8 mln. manat) göstəricisi ilə 193-cü yerdə qərarlaşıb.