Bank Of Baku

“ABB-Moskva”nın istiqrazları Rusiya Bankının Lombard siyahısına daxil edilib

“ABB-Moskva”nın istiqrazları Rusiya Bankının Lombard siyahısına daxil edilib
# 16 avqust 2013 15:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Moskva”nın istiqrazları Rusiya Bankının Lombard siyahısına daxil edilib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Lombard siyahısına daxil olunmaqla “ABB-Moskva”nın istiqrazları Rusiyanın Mərkəzi Bankından Lombard kreditlərin cəlb edilməsində girov kimi çıxış edə bilər.

 

Xatırladaq ki, bu ilin iyun ayında “ABB-Moskva” 3 mlrd. rubl həcmində (təxminən 72 mln. manat) istiqrazlar buraxılışını yerləşdirib. “Fitch” beynəlxalq reytinq agentliyi istiqrazlara “BB” səviyyəsində reytinq verib. Bu ilin iyulunda Moskva Banklararası Valyuta Birjasının Fond Birjasında bu istiqrazlar üzrə ticarət başlanılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR