Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin yanvarın 1-nə “AccessBank”ın aktivlərinin həcmi 1 188,798 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,74% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,33% artaraq 922,797 mln. manat olub.
Hesabat dövründə bankın depozit portfeli 0,3% azalaraq 279,813 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 240,457 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,4% artım deməkdir.
Bir il ərzində bankın məcmu kapitalı 8,26% artaraq 158,240 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 85 mln. manat təşkil edib.
Bankın gəlirləri bu ilin yanvarın 1-nə 191,372 mln. manat olub ki, bu da ötən il ilə müqayisədə 5,39% çoxdur. Son 1 ildə bankın xərcləri isə 14% artaraq 148,569 mln. manat olub.
Ümumilikdə ötən il bankın əldə etdiyi mənfəət 1 mln. 706,26 min manat təşkil edib.
YENİLƏNİB'>