Bank Of Baku

“Albalı Plus” kartı Yeni ili Dubayda qarşılamağa imkan verir - FOTO

“Albalı Plus” kartı Yeni ili Dubayda qarşılamağa imkan verir - <span style="color: red;">FOTO
# 13 noyabr 2014 13:17 (UTC +04:00)

Bakı. APA-Economics. “Albalı Plus” kartı ilə 20 manatlıq alış-veriş müştərilərə 2015-ci ili Dubayda qarşılamağa imkan verəcək. 

 

“Unibank” öz dəyərli müştərilərinə unudulmaz yeni il hədiyyəsi hazırlayıb.

 

“Albalı və "Albalı Plus" kartınızla əməliyyat edin və qazanın” lotereyası çərçivəsində noyabrın 15-dən  gələn il yanvarın  5-dək  öz “Albalı" və Albalı Plus” kartı ilə 20 manatlıq əməliyyat edən hər kəs yeni ildə Dubayda 5 ulduzlu oteldə 1 həftə müddətinə 2 nəfərlik səyahət paketi qazanmaq şansına sahib ola bilər. Səyahət paketi uduşunu qazanmış müştəri müxtəlif səbəblərə görə səyahət paketindən istifadə edə bilmədiyi halda, səyahət paketi uduşunun əvəzinə 1500 manat məbləğində pul, müştərinin “Albalı" və "Albalı Plus” kartına köçürüləcək. Hədiyyələr bununla bitmir. Lotereyanın davam etdiyi müddətdə çox-çox sərfəli kartları ilə azı 20 manatlıq əməliyyat edən “Albalı" və "Albalı Plus” sahiblərini 5 ədəd “İphone 6” mobil telefonu, 30 qalibi isə pul mükafatı hədiyyələri gözləyir. 15 noyabr 2014 - 5 yanvar 2015-ci il tarixlərində “Albalı" və "Albalı Plus” kartları ilə Azərbaycanda və xaricdə nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən hər kəs  lotereyanın iştirakçısı olacaq.

 

Bank müştərilərinin ehtiyac və arzularını  bir məhsulda -  “Albalı Plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. "Albalı Plus" beynəlxaq  kart olmaqla yanaşı , dörd  bank məhsulunu özündə birləşdirir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, "Unibank"ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR