Bank Of Baku

“Alfa Sığorta”nın lisenziya müddəti başa çatıb

“Alfa Sığorta”nın lisenziya müddəti başa çatıb
# 13 fevral 2013 14:57 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Alfa Sığorta” ASC sığorta fəaliyyətinə əvvəllər verilmiş lisenziyasının qüvvəsinin başa çatması ilə əlaqədar müddətsiz lisenziyanın verilməsi barədə müraciətini Maliyyə Nazirliyinə qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim etmədiyindən, Azərbaycanın sığorta və lisenziyalaşdırma ilə bağlı qanunvericiliyinin tələblərinə müvafiq olaraq cəmiyyətin lisenziyası 2013-cü il 8 fevral tarixdən etibarsız sayılır.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatında deyilir.

 

Bildirilir ki, bununla əlaqədar ASC-yə sığorta qanunvericiliyinin  sığorta və təkrarsığorta əməliyyatlarının dayandırılması ilə bağlı tələblərinə əməl etməsi barədə rəsmi göstəriş verilib. Cəmiyyətin sığorta fəaliyyətinə müddətsiz lisenziyanın verilməsi barədə müraciətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR