Bakı. Pərviz Nuriyev – APA-Economics. “Amrahbank” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin III rübündə 160,335 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,66% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,98% artaraq 113,221 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 51,407 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 40,94% çoxdur.
Bankın depozit portfeli hesabat dövrü ərzində 17,84% artaraq 75,737 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 59,255 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 25,31% çoxdur.
Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 1,571 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 53,06% azdır və kreditlərin hamısı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bir il ərzində bankın məcmu kapitalı 81,05% artaraq 55,473 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 32,94% artaraq 22,248 mln. manat, xərcləri isə 36,75% artaraq 17,261 mln. manata çatıb.
III rübə bankın əldə etdiyi mənfəət 4 mln. 987 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 23 filialı, 27 bankomatı, 484 POS-terminalı fəaliyyət göstərir.