“AtaSığorta” ASC ötən ilin dekabr ayı üçün topladığı sığorta haqları və ödənişlərinin həcmini açıqlayıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin dekabrında “AtaSığorta”nın sığorta yığımları 1 mln. 174,323 min manat təşkil edib. Bu 2017-ci ilin noyabr ayı ilə müqayisədə 427,749 min manat və ya 26,7% azalıb.
Bundan fərqli olaraq hesabat dövründə şirkətin ödənişləri artıb. Belə ki, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda şirkətin sığorta ödənişləri 217,499 min manat və ya 39,45% artıb.