Bakı. Musa Əhmədov –APA-Economics. “Atrabank” məcmu kapitalını artırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ilin noyabrın 11-nə olan məlumata görə, bankın məcmu kapitalı artırılaraq 36 468 080 manata çatdırılıb.
Bankdan onu da bildiriblər ki, “Atrabank” məcmu kapitalını ilin sonuna kimi 50 mln. manata çatdıracaq.
Qeyd edək ki, Mərkəzi Bankın qərarına əsasən, 2015-ci il yanvar ayının 1-nə qədər Azərbaycanda bankların məcmu kapitalının minimal həcmi 50 mln. manata bərabər olmalıdır.