Bakı. Musa Əhmədov - APA-Economics. “Atrabank” ASC məcmu və nizamnamə kapitalının artırıb.
“AtraBank”dan “APA-Economics”ə verilən məlumata görə, bankın məcmu kapitalı 43 mln. 708 min manata çatdırılıb.
Bununla yanaşı, bankın nizamnamə kapitalı 40 mln. 614 min manata qədər artırılıb.
Qeyd edək ki, “Atrabank”ın səhmdarlarının ümumi yığıncağında cari ilin sonuna kimi məcmu kapitalın 50 mln. manata çatdırılacağı ilə bağlı qərar qəbul edilib.