Bank Of Baku

“AtraBank”ın səhmdarları kapitalın artırılmasını müzakirə edəcək

“AtraBank”ın səhmdarları kapitalın artırılmasını müzakirə edəcək
# 28 oktyabr 2014 12:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Noyabrın 26-da “AtraBank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclasda bankın cari fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı kapitalının artırılması məsələsi müzakirə olunacaq.

 

Qeyd edək ki, bankın məcmu kapitalı 35 mln. 874 min manatdır. Mərkəzi Bankın qərarına əsasən, 2015-ci il yanvar ayının 1-nə qədər Azərbaycanda bankların məcmu kapitalının minimal həcmi 50 mln. manata bərabər olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR