Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 382,444 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,21 dəfə çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,64 dəfə artaraq 268,677 mln. manat olub.
Bankın depozit portfeli illik müqayisədə 2,03 dəfə artaraq 76,384 mln. manata bərabər olub.
Bir il ərzində bankın məcmu kapitalı 3,4 dəfə artaraq 56,513 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,7 dəfə artaraq 50 mln. manat təşkil edib.
Qeyd edək ki, “Azər-Türk Bank” cari ilin ilk üç ayını 1 mln. 214,41 min manatlıq mənfəətlə başa vurub.