Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan Kredit Bankı” bazarı tərk etmək niyyətində deyil.
Bankın marketinq şöbəsinin müdiri Elina Qurbanova “APA-Economics”ə bildirib ki, dekabrın 15-də “Azərbaycan Kredit Bankı”nın səhmdarlarının toplantısı keçirilib.
Hələlik kapitalın necə artırılacağına dair məlumat verilməsə də, toplantıda bankın bazarı tərk etməməsinə, lazım olan vəsaitin istənilən yolla cəlb edilməsinə də qərar verilib.
Xatırladaq ki, “Azərbaycan Kredit Bankı”nın nizamnamə kapitalı 11,5 mln. manat, məcmu kapitalı isə 5,8 mln. manat təşkil edir.