Bank Of Baku

“Azərbaycan Kredit Bankı”nın aktivləri azalıb

“Azərbaycan Kredit Bankı”nın aktivləri azalıb
# 08 may 2014 13:41 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azərbaycan Kredit Bankı”nın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 19,241 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8% azdır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,5% azalaraq 23,06 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 12,4% artaraq 8,061 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 8,05 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 12,3% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 40,2% artaraq 6,126 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 11 mln. 429,38 min manat təşkil edib.

 

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 946,83 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR