Bank Of Baku

“Azərbaycan Kredit Bankı”nın rəhbərliyində dəyişiklik olub

“Azərbaycan Kredit Bankı”nın rəhbərliyində dəyişiklik olub
# 16 dekabr 2014 08:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dekabrın 15-də “Azərbaycan Kredit Bankı”nın səhmdarlarının toplantısı keçirilib.

 

Bu barədə “APA-Economics”ə bankın marketinq şöbəsinin müdiri Elina Qurbanova məlumat verib.

 

Onun sözlərin görə, toplantıda səhmdarların qərarı ilə bankın Müşahidə Şurasının sədri vəzifəsinə Emil Rzayev təyin edilib. Qeyd edək ki, E. Rzayev əvvəllər adıçəkilən bankda çalışmayıb.

 

İndiyə qədər “Azərbaycan Kredit Bankı”nın Müşahidə Şurasının sədri vəzifəsini müvəqqəti olaraq bankın səhmlərinin 36,64%-nə sahib olan Şirxan Abbasov icra edib.

 

Qeyd edək ki, “Azərbaycan Kredit Bankı”nın üç səhmdarı var.

 

Onu da əlavə edək ki, Emil Rzayev bank sektorunda 14 ilə yaxın fəaliyyət göstərib. O, “Bank BTB”nin İdarə Heyətinin sədri vəzifəsində işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR