Cari ilin I rübündə "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 42,04% artaraq 949,376 mln. manata çatıb.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 31,9% artaraq 283,928 mln. manat olub. İlk rübdə vaxtı keçmiş (problemli) kreditlərin həcmi 11,82% artaraq 8,031 mln. manata çatıb. Problemli kreditlərin ümumi portfeldə payı isə azalıb - ötən ilin I rübündə bu göstərici 3,24% olduğu halda, hazırda 2,83%-dir.
Yanvar-mart ayları ərzində bankın öhdəlikləri 46,67% artaraq 862,548 mln. manat olub. Bankın depozit portfeli 46,41% artaraq 595,900 mln. manat təşkil edib.
Bankın nizamnamə kapitalı dəyişməz olaraq 60 mln. manat səviyyəsində qaldığı halda, məcmu kapitalı 1,29% artaraq 81,329 mln. manat olub.
"Azərbaycan Sənaye Bankı" I rübü 1 mln. 567,41 min manatlıq xalis mənfəətlə başa vurub.