İyunun 29-da “Bаkı Tikiş Еvi” АTSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Müəssisədən “APA-Economics”ə verilən məlumata görə, iclasda “Bakı Tikiş Evi” ATSC-nin nəzarət və icra orqanlarının seçilməsi məsələsinə baxılacaq.
Bundan başqa, yığıncaqda “Bakı Tikiş Evi” ATSC-nin 2017-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması da gözlənilir.