“Bank Avrasiya” nın aktivlərinin həcmi 2017-ci il fevralın 1-nə 152,134 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,45% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,9% artaraq 89,132 mln. manat olub.
Depozit portfeli hesabat dövrü ərzində 45,4% artaraq 41,351 mln. manat olub.
Bir il ərzində bankın məcmu kapitalı 10,96% artaraq 58,325 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50,000 mln. manat təşkil edib.
“Bank Avrasiya”nın gəlirləri 17,58% azalaraq 1,512 mln. manat olub, xərcləri isə 0,73% artaraq 549,8 mln. manata çatıb.
Ümumilikdə isə bu ilin yanvarında bankın əldə etdiyi gəlir 5 mln. 979 min manat təşkil edib.