“Bank of Azerbaijan” və “Gəncəbank”-ın əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb

“Bank of Azerbaijan” və “Gəncəbank”-ın əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb
# 19 fevral 2016 18:23 (UTC +04:00)

Bakı - APA-Economics.  Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

 

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 21 milyon 529 min manatdan artıq kompensasiya ödənilib.

 

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna  fevralın 4-dən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 621 min manatdan artıq kompensasiya ödənilib. Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR