Bank Of Baku

“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə kompensasiya ödənilməsi davam edir

“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə kompensasiya ödənilməsi davam edir
# 23 fevral 2016 16:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvardan etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 22 milyon 215 min manatdan artıq kompensasiya ödənilib.

 

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 671 min manatdan artıq kompensasiya ödənilib.

 

Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin  qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin  filiallarından əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR