Bank Of Baku

“Bank of Baku” “Bolkart” sahibləri üçün yeni kampaniya keçirir

“Bank of Baku” “Bolkart” sahibləri üçün yeni kampaniya keçirir
# 07 avqust 2013 15:22 (UTC +04:00)

Bankdan “APA-Economics”ə verilən məlumata görə, avqustun 8-9-da “Bolkart” sahibləri üçün alış-veriş zamanı ödəniş aylarının sayı 3 ay uzadılır. Beləliklə, bu tarixlərdə alınmış malın dəyərini 3 ay keçərli olan mağazalarda 6 aya, 6 ay keçərli olan mağazalarda 9 aya, 12 ay keçərli olan mağazalarda 15 aya ödəmək mümkündür. Kampaniya yalnız iki gün qüvvədədir.

 

Bu kampaniyada 1 aylıq ödəniş qəbul edən ticarət obyektləri (supermarket, restoran, aptek və s.) iştirak etmir.

 

Hazırda 130 minə yaxın Azərbaycan vətəndaşı “Bolkart”dan istifadə edir. Kredit kartı ilə alış-veriş etmək, nağd pul çıxarmaq və digər üstünlüklərdən bəhrələnmək olar.

 

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar avqustun 8-9-da “Bank of Baku”da qeyri-iş günləridir. Lakin bayram günlərində bankın terminalları ilə, həmçinin onlayn qaydada ödəniş etmək mümkün olacaq. Şənbə günü, avqustun 10-u isə “Bank of Baku” öz işini tam həcmdə bərpa edəcək. Bankın Baş İdarəsi və filialları saat 9-dan 18:00-dək müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR