Bank Of Baku

“Bank of Baku” “Dostlar Klubu” lotereyasının ikinci tirajını keçirəcək - FOTO

“Bank of Baku” “Dostlar Klubu” lotereyasının ikinci tirajını keçirəcək - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 12:48 (UTC +04:00)

Bakı. Nail Hüseynli - APA-Economics. Sabah “Bank of Baku” ASC daimi kredit müştəriləri olan “Dostlar klubu”nun üzvləri üçün stimullaşdırıcı lotereyanın  ikinci tirajı keçirəcək.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, lotereya ATV telekanalında saat 20:00-da canlı yayımlanacaq.

 

Tiraj zamanı “Dostlar klubu”nun yüzlərlə üzvü toplam 6,7 karat brilyant, 440 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə, 12 500 manatlıq kupon, həmçinin bonuslar və endirimli kredit hüququ qazanacaq.

 

Qeyd edək ki, ikinci tirajda müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcək. Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilib və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR