Bank Of Baku

“Bank of Baku” aktivlərini 10,5% artırıb

“Bank of Baku” aktivlərini 10,5% artırıb
# 21 oktyabr 2014 13:48 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank of Baku” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin III rübündə 706,733 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,47% çoxdur.

 

«APA-Economics»in məlumatına görə, 2013-cü ilin 9 ayı ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 16,07% artaraq 605,661 mln. manat olub.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 56,95% artaraq 42,266 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 10,38% artaraq 402,118 mln. manata bərabər olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 6,72% artaraq 135,611 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

 

Bu ilin 9 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 26,37% artaraq 100,939 mln. manat, xərcləri isə 46,92% artaraq 61,140 mln. manata çatıb.

 

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 39,798 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR