Bank Of Baku

“Bank of Baku” Bilik Günü ilə əlaqədar “Bolkart” sahibləri üçün kampaniyaya başlayıb

“Bank of Baku” Bilik Günü ilə əlaqədar “Bolkart” sahibləri üçün kampaniyaya başlayıb
# 06 sentyabr 2013 13:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bank of Baku” Bilik Günü ilə əlaqədar “Bolkart” sahibləri üçün əlverişli bayram kampaniyası elan edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 6-15-də “Bolkart” şəbəkəsinin 1 aylıq ödəniş qəbul edən mağazalarında bir dəfəyə cəmi 201 manat və daha böyük məbləğdə alış-veriş etmiş kart sahibləri ödənişlərini 3 ay sonra edə bilərlər.

 

Beləliklə, “Bolkart” sahibləri alış-veriş anından etibarən 3 ay sonra, yəni dekabr ayında əlavə xərcsiz ödəmələrini həyata keçirmək imkanı qazanır. Kampaniya yalnız 10 gün, 6-15 sentyabr tarixlərində qüvvədədir.

 

“Bolkart” şəbəkəsinin 1 aylıq ödənişli mağaza və ticarət mərkəzləri siyahısına tanınmış dəftərxana dükanları, supermarketlər, restoran, aptek, gözəllik salonları və digər ictimai obyektlər daxildir. İndi bu məkanlarda alış-veriş edib, məhsul və xidmətin dəyərini 3 ay sonra ödəmək olar.

 

Hazırda 140 mindən çox Azərbaycan vətəndaşı “Bolkart”dan gündəlik istifadə edir. Kredit kartı ilə alış-veriş etmək, vaxtaşırı nağd pul çıxarmaq və digər üstünlüklərdən bəhrələnmək olar. “Bolkart” vasitəsilə ölkənin istənilən mağazasında, həmçinin dünyanın istənilən ölkəsində və internetdə alış-veriş etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR