Bank Of Baku

“Bank of Baku” nağdsız ödənişlər üzrə lider bank seçilib

“Bank of Baku” nağdsız ödənişlər üzrə lider bank seçilib
# 20 aprel 2015 12:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankının ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində apardığı fəaliyyət proqramı çərçivəsinə banklar arasında növbəti stimullaşdırıcı kampaniya keçirilib.

 

“Bank of Baku”dan “APA-Economics”ə verilən məlumata görə, ötən illərin nominasiyalarından fərqli olaraq, bu il banklar nağdsız ödənişlər üzrə lider bank, elektron bankçılıq üzrə lider bank, elektron  ticarətin inkişafında lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank nominasiyaları üzrə iştirak ediblər.

 

Münsiflər heyətinin qərarına əsasən, 2014-cü ilin fəaliyyət hesabatına görə “Bank of Baku” yuxarıda qeyd olunan 4 nominasiyanın 3-də qaliblər sırasında yer alıb. Belə ki, “Bank of Baku” 2 nominasiyada, nağdsız ödənişlər üzrə lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank seçilərək 1-ci yerə, elektron bankçılıq  üzrə lider bank nominasiyasında isə 2-ci yerə layiq görülüb.

 

Xatırladaq ki, 2013-cü ilin yekun hesabatına əsasən də “Bank of Baku” nağdsız ödənişlər üzrə lider bank seçilərək 1-ci yerdə, elektron bankçılıq üzrə nominasiyada isə 3-cü yerdə qərarlaşıb.

 

Nağdsız ödənişləri dəstəkləməklə “Bank of Baku” Mərkəzi Bankın ölkədə nağdsız ödənişlərin stimullaşdırılması siyasətinə öz töhfəsini vermiş olur.

 

“Bank of Baku”-ya məxsus kredit kartların əksəriyyətini “Bolkart”, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında “Bolkart” kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün yüz minlərlə Azərbaycan vətəndaşı “Bolkart”dan istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR