“Bank of Baku” ASC-nin aktivlərinin həcmi 2018-ci ilin yanvarın 1-nə 399,861 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 27,3% azdır.
“APA-Economics” xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 21,7% azalaraq 197,695 mln. manat olub.
Hesabat dövründə depozit portfeli 14,9% azalaraq 241,742 mln. manat, öhdəliklərin həcmi isə 23,8% azalaraq 363,273 mln. manat olub.
Bir il ərzində nizamnamə kapitalı 52 mln. 870 min manat təşkil edib. Bankın məcmu kapitalı 3,4 dəfə azalaraq 24,611 mln. manata qədər azalıb.
Bank ötən ili 35,428 mln. manatlıq zərərlə başa vurub.