“Bank of Baku"nun İdarə Heyətinə yeni müvəqqəti sədr təyin olunub
03 fevral 2017 17:50 (UTC +04:00)
“Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Eldar Həmidova tapşırılıb.
“APA-Economics”in əldə etdiyi xəbərə görə, bunadək E. Həmidov İdarə Heyətinin üzvü olub.
İdarə Heyətinin sədri vəzifəsini isə müvəqqəti olaraq Nahid Zeynalov icra edib. N. Zeynalov həmçinin sədrin I müavini olub.
Əldə etdiyimiz başqa bir məlumata görə, N. Zeynalov “Kapital Bank” ASC-yə transfer olunub. Onun İdarə Heyətinə təyinat alacağı gözlənilir.
Maraqlıdır ki, Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunduqdan sonra “Bank of Baku”nun İdarə Heyətinin sədri postu vakant qalıb. İlk olaraq bu vəzifənin müvəqqəti olaraq Zaur Qaraisayev icra edib. Lakin qısa müddətdən sonra Z. Qaraisayev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəməsi olan “ABB-Moskva” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alıb.
Z. Qaraisayevdən sonra bu vəzifəni N. Zeynalov tutub.
Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024